Dünyanın ən çox gəlir gətirən filmləri - SİYAHI

Dünyanın ən çox gəlir gətirən filmləri - SİYAHI
Dünya
Oxunma sayı: 6 584
Dünyanın ən çox gəlir gətirən filmlərinin adları açıqlandı
Nüfuzlu “Forbes” jurnalında ən çox gəlir gətirən filmlərinin siyahısı açıqlanıb. 
Xarici media xəbər verir ki, kassa yığımlarına görə liderlik edən filmlərin ilk üçlüyündə “Avatar” (2,9 milyard dollar), “Qisasçılar”( 2,8 milyard dollar) və “Titanik” (2,2 milyard dollar) yer alıb.
Ceyms Kameronun “Avatar-2” filmi də ən çox qazanc gətirən filmlər siyahısında yer alıb. Film ekranlara çıxdığı qısa müddət ərzində Amerika bazarında 598 milyon dollar, dünya bazarlarında 1,426 milyard dollar qazan gətirib. Ümumilikdə, 2,052 milyard dollar qazancla dünya prokatında 2 milyarddan çox gəlir əldə etmiş altı ən yaxşı filmdən biri olub. Filmin hələ yenicə təqdim olunmasına baxmayaraq, bu qədər gəlir gətirməsi o deməkdir ki, "Avatar-2" -nin kassa gəlirləri sürətlə artacaq.