İlon Mask yenidən varlandı: İki günə 11 milyard dollar

İlon Mask yenidən varlandı: İki günə 11 milyard dollar
Dünya
Oxunma sayı: 6 528
Dünyanın ən varlı adamı İlon Mask iki gündə 11 milyard qazanıb.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Məlumata görə, İlon Mask yanvarın 20-də məhkəməyə gəldiyi andan sərvəti artmağa başlayıb. Yanvarın 23-də son ifadə verdiyi gün isə bu artım 11 milyarda qədər yüksəlib. Bu İlon Maskın noyabr ayından bəri ən böyük iki günlük qazancıdır. Hazırda Maskın sərvəti 145,2 milyard dollardır.
Qeyd edək ki, İlon Mask Teslanın səhmlərini satışa çıxarmışdı. Səudiyyə Ərəbistanın suveren fondu isə həmin səhmləri alacağını bildirmişdi. Maskın sözlərinə görə, daha sonra fond nümayəndələri sövdələşmədən imtina edib. Bunun üçün də Mask onları məhkəməyə verib.