Məşhur cizgi filmlərinin real qəhrəmanları

Məşhur cizgi filmlərinin real qəhrəmanları
Dünya
Oxunma sayı: 6 480
Sevə - sevə izlədiyimiz bədii əsərlərin, filmlərin, multfilmlərin hər birinin əslində real qəhrəmanları var. Bu obrazların heç də hamısı fantaziya məhsulu deyil. 
Uşaqlığı Sovet dövrünə düşmüş orta yaşlı nəslin nümayəndələrinin çoxu “Vinni Pux” adlı cizgi filminə baxıb. Bu multfilmin baş qəhrəmanı Vinni Pux obrazının prototipi tanınmış aktyor Yevgeni Leonov idi. Vinni Pux obrazını Leonov özü səsləndirib.


“Bir köpək vardı” multfilminin baş qəhrəmanı olan canavarı məşhur rusiyalı aktyor Armen Cigarxanyana baxıb yaratmışdılar. Xırıltılı səsli qoca canavarı öz bənzərsiz səsi ilə aktyor özü səsləndirib.

“Tutuquşu Qeşa” multfilminin baş qəhrərmanı isə aktyor Gennadi Xazanov idi. Aktyor bu çərənçi quş obrazını çox sevmiş və tutuquşunu səsləndirmişdi.


“Prostokvaşiinoda” adlı məşhur multfilmdə pişik Matroskin obrazını isə Oleq Tabakova baxıb çəkmişdilər. Lovğa, çoxbilmiş və ağıllı ideyalar verən Matroskin obrazını Tabakov məmnuniyyətlə səsləndirib.


“Şrek” cizgi filminin baş qəhrəmanı Şrekin prototipi isə ötən əsrin əvvəllərində yaşamış güləşçi Maurice Tillet  adlı peşakar güləşçi idi. 

Maurice Tillet 1903-cü ildə Fransada doğulmuşdu. Uşaq vaxtı gözəl simasına görə “Mələk!” ləqəbi almış  bu adam 20 yaşında akromelaqiya adlı xəstəliyə yoluxub. Bu xəstəlik nəticəsində Tilletin sümükləri  inanılmaz  sürətlə böyüyüb, onu  “div”ə çevirmişdi.