ÜST-dən “Omikron”un yeni variantları barədə açıqlama

ÜST-dən “Omikron”un yeni variantları barədə açıqlama
Dünya
Oxunma sayı: 6 475
Koronavirus infeksiyasının “Omikron” ştammı yuxarı tənəffüs yollarını zədələmə və immunitetə qarşı davamlı olmaq qabiliyyəti kimi ümumi xüsusiyyətlərə malikdir.
Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, ölkələrin bununla əlaqədar hələlik ictimai səhiyyə tədbirlərində dəyişiklik etmələrinə ehtiyac yoxdur.
“Virusoloqlar və digər elm adamları bu variantları izləməkdə davam edirlər. Narahatlıq doğuran variant yalnız ictimai səhiyyə tədbirlərində dəyişiklik tələb edəcək dərəcədə ciddi olarsa, ona yeni ad veriləcək”, - ÜST-dən bildirilib.
Mənbə: Who.int