Türkiyənin İskenderun şəhərində zəlzələ nəticəsində dağılmış binanın altından ana və iki uşağının bir-birinə sarılmış meyitləri tapılıb. Türkiyə mediası xəbər verir ki, 4 mərtəbəli binanın dağıntıları altında qalan Selcan Bağışın 5 yaşlı qızı Sıla və 8 aylıq körpəsi Abdullanın meyitləri xilasediciləri kövrəldib. Ana övladlarına sarılaraq can verib. Onların cənazəsi Hakkarinin Yüksekova qəsəbəsində göz yaşları içərisində dəfn edilib.