İranda yenidən mitinqə hazırlıq gedir. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Bildirilir ki, fevralın 16-da repressiv molla rejiminə qarşı etiraz aksiyası keçiriləcək. Azadlıqsevərlər bununla bağlı çağırış posterlərini hər yerdə, o cümlədən Tehranın Səttarxan prospektində asıblar. Qeyd edək ki, İranda 44 ildir hakimiyyətdə olan molla rejiminə qarşı aylardır ki, aksiyalar keçirilir.