Türkiyənin ilk yerli qırıcısı sınaqlara başladı

Türkiyənin ilk yerli qırıcısı sınaqlara başladı
Dünya
Oxunma sayı: 33 293
Türkiyənin ilk yerli döyüş təyyarəsi sınaqlara başlayıb.
Sınaqlar hələlik uçuş-enmə zolağında keçirilir.
Bildirilir ki, martın 16-da keçirilən sınaq zamanı Milli Döyüş Təyyarəsi öz mühərriklər ilə uçuş-enmə zolağına çıxarılıb. Bir müddət zolaqda hərəkət edən qırıcı ilk sınağını uğurla tamamlayıb.
Quruda sınaqları tamamlandıqdan sonra təyyarə havaya qaldırılacaq.
Qeyd edək ki, Milli Döyüş Təyyarələri Layihəsi 5 avqust 2016-cı ildə başladılıb. Layihənin 2026-cı ilə başa çatması planlaşdırılır.