"Avropa Parlamentinin Ermənistanla bağlı hesabatı əsassızdır" - Türkiyə XİN
Dünya
Oxunma sayı: 33 189
Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib. XİN bununla bağlı bəyanat yayıb. “Görünür ki, Avropa Parlamenti 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlıdır. Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlər reallığı əks etdirmir”, - deyə nazirlik vurğulayıb. Qeyd olunub ki, Türkiyə Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaq yerinə siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edir.