ABŞ Dövlət Departamentindən Cənubi Qafqazla bağlı açıqlama
Dünya
Oxunma sayı: 24 692
“ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etməsi və asanlaşdırılması ilə məşğuldur”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel öz “Twitter” hesabında yazıb. O bildirib ki, Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ni daha da ruhlandırır.