Moskvada gömrük generalı saxlanıldı - Rüşvət alıb

Moskvada gömrük generalı saxlanıldı - Rüşvət alıb
Dünya
Oxunma sayı: 24 600
Moskvada gömrük generalı rüşvət aldığı üçün saxlanılıb.

Publika.az xəbər verir ki, Moskvada Mərkəzi Gömrük İdarəsinin rəis müavini, general Aleksandr Beqlov və Mərkəzi Aksiz Gömrük İdarəsinin ixtisaslaşmış gömrük postunun rəisi, polkovnik Aleksandr Aleyev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Onların xidmət yerində, eləcə də evlərində axtarışlar aparılıb. Axtarış zamanı 40 milyon rubla yaxın pul götürülüb.

Bundan başqa, adıçəkilən vəzifəli şəxslərə rüşvət verməkdə şübhəli bilinən iki sahibkar saxlanılıb - yaxın vaxtlarda onların barəsində həbs qətimkan tədbiri seçiləcək.