“ABŞ-ın dağılma ehtimalı böyükdür”. TASS xəbər verir ki, bunu Rusiyanın keçmiş Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev yerli KİV-ə müsahibəsində deyib. O bildirib ki, ABŞ-ın dağılmasını şərtləndirən amillər oxşar ssenarinin Rusiyada baş verməsi üçün mövcud səbəblərdən daha çoxdur: “Xüsusilə indi orada baş verənlər bunu deməyə əsas verir”. D.Medvedev, həmçinin söyləyib ki, Qərb analitiklərinin Rusiyanın 2033-cü ilə qədər dağılacağına dair proqnozları əsassızdır.