“Ermənistan bütün nəqliyyat və iqtisadi dəhlizləri açmağa hazırdır” - Paşinyan

“Ermənistan bütün nəqliyyat və iqtisadi dəhlizləri açmağa hazırdır” - Paşinyan
Dünya
Oxunma sayı: 6 801
“Ermənistan ölkələrin suverenliyi çərçivəsində bütün nəqliyyat və iqtisadi dəhlizləri, regional kommunikasiyaları açmağa hazırdır”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib.
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.