Qısa ətəyə görə universitetə buraxmadılar

Qısa ətəyə görə universitetə buraxmadılar
Dünya
Oxunma sayı: 6 781
Ural Mədən Universitetinin tələbəsi qısa ətəyə görə dərslərə gedə bilmir.
Rusiya KİV bildirir ki, qızın dediyinə görə, mühafizəçi onu saxlayıb və ətəyinin çox qısa olduğunu deyib.
Hadisədən bir gün əvvəl universitetin qapılarında açıq paltarlar olan şort, qısa ətək, köynək və üst geyimlərə qadağa qoyulduğunu bildirən elan yapışdırılıb. Tələbələr bölgənin isti olduğunu, universitetin ərazisində kondisionerin olmadığını qeyd edərək yeniliyə mənfi reaksiya veriblər. Qızlardan biri qadağaya etiraz etmək istəyib və qısa ətək geyinib. Tələbənin dediyinə görə, geyimi kifayət qədər məqbul uzunluqda olub, üstəlik, onun altından şortik geyinib.
Lakin ona görə qızı universitetdən qovmaq istəyiblər.
O qeyd edib ki, daha sərt geyim qaydalarına riayət etməkdən çəkinmir, lakin sinif otaqları və dəhlizlər havasızdır.