"WhatsApp"da YENİLİK: Bundan sonra istifadəçilər...

"WhatsApp"da YENİLİK: Bundan sonra istifadəçilər...
Dünya
Oxunma sayı: 1 587
"WhatsApp" messencerinin tərtibatçıları proqramda yeni funksiya üzərində işləyirlər.
Bu barədə məumatı "WABetaInfo" yayıb.
İstifadəçilər telefon nömrəsi olmayan kontaktı tapmağı asanlaşdırmaq üçün ləqəb yarada biləcəklər.
Portalın məqaləsində deyilir:
"Bu potensial olaraq kontaktların əlavə edilməsini asanlaşdıracaq və daha çox məxfilik təmin edəcək, çünki şəxsi telefon nömrənizi heç kimlə paylaşmağa ehtiyac olmayacaq".
Hazırda "WhatsApp"da kontakt əlavə etmək üçün həmin şəxsin telefon nömrəsini bilmək lazımdır. Həmçinin messencerdə əlavə imkan var - QR kodu paylaşmaq.
Portalın məlumatına görə, Android mobil ƏS üçün tətbiqin son yeniləməsində hər bir kontaktda istifadəçi adı üçün xüsusi sahə var.
Funksiya artıq aktiv inkişaf mərhələsindədir və gələcək messencer yeniləməsində görünəcək.