Kiyevdə sərxoş məhkəmə sədri hərbçini vurub ÖLDÜRDÜ

Kiyevdə sərxoş məhkəmə sədri hərbçini vurub ÖLDÜRDÜ
Dünya
Oxunma sayı: 1 928
Ukraynanın paytaxtı Kiyevdə məhkəmə sədri sərxoş halda qəza törədib. 
Ukrinform xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb. 
Bildirilir ki, Kiyev vilayətinin rayon məhkəməsinin rəhbərinin iştirakı ilə Kiyev şəhərində nəzarət-buraxılış məntəqələrindən birində yol qəzası baş verib.  İlkin məlumata görə, avtomobili idarə edən hakim Ukrayna Milli Qvardiyasının hərbçisinin üstünə çıxıb. Qəza nəticəsində Milli Qvardiyanın əsgəri aldığı xəsarətlərdən yerindəcə keçinib.
Adı açıqlanmayan hakim saxlanılaraq ekspertizaya aparılsa da, o, müayinədən keçməkdən imtina edib.
Onun barəsində cinayət işi açılıb.