“Huawei” şirkəti “iPhone”un bu funksiyasını tənqid etdi

“Huawei” şirkəti “iPhone”un bu funksiyasını tənqid etdi
Dünya
Oxunma sayı: 16 626
“Huawei” şirkəti “iPhone”da peyk funksiyasını tənqid edib. 
Həmin peyk seçimi əlverişsizdir. 
“Huawei” şirkətinin texniki direktoru Brüs Li “iPhone 14” seriyalı smartfonlarda olan “Emergency SOS” funksiyasının mənfilərindən danışıb. O bildirib ki, fövqəladə vəziyyətdə, bir “Apple” smartfon istifadəçisi əvvəlcə telefonun peykləri tapmaq üçün daha sonra cihazın xilasedicilərə və təcili yardım işçilərinə məlumat göndərməsini gözləmək lazımdır.
Öz növbəsində Brüs Li “Huawei” smartfonlarında mövcud olan oxşar funksiyanı yüksək qiymətləndirib və onu istehlakçılar üçün əlverişli adlandırıb. Li bildirib ki, mobil əlaqə olmadıqda istifadəçi sadəcə xüsusi “MeeTime” messencerini açmalı və dərhal təcili yardım dispetçeri ilə əlaqə saxlamalıdır.
"Huawei"nin top meneceri onu da qeyd edib ki, Huawei Mate 50 smartfonlarında peyk rabitəsi variantının ilk versiyası yalnız birtərəfli rabitəni dəstəkləyib. Xüsusiyyətin ikinci versiyası istifadəçiyə mesaj göndərmək və real vaxt rejimində cavablar almaq imkanı verir.