Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək

Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək
Dünya
Oxunma sayı: 8 794
Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək.
Yardım paketi tərtib edilərkən həm Ukraynanın ehtiyacları, həm də Finlandiya Müdafiə Qüvvələrinin resurs vəziyyəti nəzərə alınıb.
“Bu, Finlandiyadan Ukraynaya on altıncı hərbi yardım paketidir. Yardıma zenit raketləri və digər döyüş sursatları da daxildir. Paketin dəyəri 109 milyon avro olaraq qiymətləndirilir”, - deyə hökumətin saytında bildirilib.
Finlandiyanın müdafiə naziri Antti Kaikkonen qeyd edib ki, tərəfdaşlarla birlikdə Ukraynanı dəstəkləməyə davam edəcəklər.