Rusiya Ukraynanı “raket yağışı”na tutdu

Rusiya Ukraynanı “raket yağışı”na tutdu
Dünya
Oxunma sayı: 8 704
Rusiya ordusu Ukraynaya 20 raket zərbəsi endirib. 
Bu barədə Ukrayna Baş Qərargah məlumat yayıb.
Bildirilir ki, Kiyev və Dnepropetrovsk 10 ədəd X-101/X-555 qanadlı raketi atılıb. Raketlər Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. 
Bundan başqa Dneprə S-300/S-400 qurğularından 7 raket atıb, daha sonra isə “İsgəndər” raketi ilə xəstəxananı vurub. 
Son sutka ərzində “Shahed” PUA-ları ilə Ukraynaya 68 zərbə endirib.