Borca görə dostunu qaynar su ilə yandırdı

Borca görə dostunu qaynar su ilə yandırdı
Dünya
Oxunma sayı: 15 975
İvanovo vilayətində kişi borcuna görə dostunu üzərinə qaynar su tökərək öldürüb.
Rusiya KİV bildirir ki, hadisə mayın 22-də Arxipovka kəndində baş verib. 45 yaşlı kənd sakini sərxoş vəziyyətdə 36 yaşlı həmkəndlisinin evinə gələrək ondan borcunu istəyib. İstədiyinə nail ola bilmədiyi üçün zərərçəkmişi çubuqla döyüb və üzərinə bir neçə çaydan qaynar su töküb. Daha sonra meyiti yandırıb, öldürdüyü şəxsin mobil telefonunu özü ilə götürüb və hadisə yerini tərk edib.
Kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. Təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verilib.