Niderland Ukraynaya “F 16” qırıcıları verir? - Baş nazir açıqladı

Niderland Ukraynaya “F 16” qırıcıları verir? - Baş nazir açıqladı
Dünya
Oxunma sayı: 15 971
“Ukraynaya “F 16” qırıcılarının tədarükü ilə bağlı qərar hələ verilməyib, lakin Niderland bu ehtimalı ciddi şəkildə nəzərdən keçirir”. 
Bu barədə cümə günü Niderlandın Baş naziri Mark Rutte mətbuat konfransında bildirib. 
Bundan əvvəl Niderland ukraynalı pilotlara “F 16” qırıcılarını idarə etmək üçün tez bir zamanda təlim keçməyə başlamaq istədiklərini bildirmişdi. Proqram tərəfdaşlarla, o cümlədən Belçika, Böyük Britaniya, Danimarka ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. ABŞ təlimə “yaşıl işıq” yandırmışdı. 
Niderlandın onlarla “F 16” qırıcısı var və onlar tədricən daha müasir “F 35”-lərlə əvəz olunur.