Rusiya Ukraynaya yeni sülh şərtlərini çatdırdı

Rusiya Ukraynaya yeni sülh şərtlərini çatdırdı
Dünya
Oxunma sayı: 15 978
Ukraynanın NATO və Aİ-yə üzv olmaqdan imtina etməsi və bitərəf qeyri-blok statusuna qayıtması sülhə nail olmaq üçün şərtlərdən biridir.
 
Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Rusiya Federasiyasının Ukrayna ətrafında münaqişənin həllinə yanaşmaları dəyişməzdir: 


"Donbas sakinlərinin müdafiəsi, Ukraynanın demilitarizasiyası və denasifikasiyası, onun ərazisindən Rusiyanın təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması".

"Biz əminik ki, nizamlanma yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları və Qərb silahlarının tədarükü dayandırılacağı təqdirdə mümkündür. Hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna 1990-cı ildə dövlət suverenliyi haqqında bəyannamədə qeyd olunan neytral bloklara qoşulmama statusuna qayıtmalı, NATO və Aİ-yə qoşulmaqdan imtina etməlidir, - Qaluzin vurğulayıb. - Xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi nəticəsində yaranmış yeni ərazi reallıqları tanınmalıdır". 

Xarici işlər nazirinin müavini əlavə edib ki, nizamlanmanın mühüm elementi rusdilli vətəndaşların və milli azlıqların hüquqlarının müdafiəsidir. "Qanunvericilik səviyyəsində rus dilinin dövlət statusu müəyyən edilməlidir. Ukraynada əsas insan hüquqlarına, o cümlədən dini etiqad azadlığı hüququna riayət olunmasına nail olmaq lazımdır", - o bildirib.