Çin 24 saat ərzində Tayvana 103 hərbi təyyarə göndərib. APA xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, təyyarələr bazar günü səhər saat 6-dan bazar ertəsi səhər saat 6-ya kimi aşkar edilib. Onların Tayvana çatmamış geri döndükləri dəqiqləşdirilir. Departament onu da bildirib ki, ada yaxınlığında Çin təyyarələrinin sayı son vaxtlar rekord həddə çatıb.