Ukrayna Silahlı Qüvvələri 31-ci Ulyanovsk hava-desant briqadasının komandiri, polkovnik Andrey Kondraşkinı məhv edib.
Bu barədə "Rosqvardiya"nın "DXR üzrə rəis müavini” Aleksandr Xodakovski məlumat yayıb.
Jurnalist Denis Kazanski "Telegram"da yazır ki, Kondraşkinin komandanlıq etdiyi 31-ci Ulyanovsk hava-desant batalyonu 2014-cü ildə Krımın işğalında və İlovaisk şəhərinin alınmasında, həmçinin 2022-ci ildə Qostomel uğrunda döyüşlərdə iştirak edib.
"Bu səviyyəli komandirin ölümü o deməkdir ki, rus işğalçılarının arxa cəbhəsindəki komanda məntəqəsi növbəti dəfə dəqiq vurulub", - Kazanski əlavə edib.