Pakistanın Avami Müsəlman Liqasının (AML) lideri və keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd paytaxt İslamabadla bitişik Ravalpindi şəhərindəki evində saxlanılıb.
Xarici media xəbər verir ki, keçmiş baş nazir İmran Xana yaxın simalardan olan Şeyx Rəşid Əhmədin nə üçün saxlandığı və hara aparıldığı məlum deyil. Keçmiş daxili işlər nazirinin saxlanması ilə bağlı polis hələlik açıqlama verməyib.