“Baxmut qəsəbəsi yaxınlığındakı Klişivka kəndi düşməndən azad edilib”. UNIAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib. “Kəndin azad edilməsində iştirak edən Milli Polisin 80-ci Briqadasına, 5-ci Əlahiddə Hücum Briqadasına, məşhur 95-ci Hücum Briqadaya təşəkkür edirəm. Klişivka azad edildi! Yaşasın Ukrayna!”, - deyə Ukrayna lideri bildirib. Qeyd edək ki, Klişivka kəndi mühüm strateji roluna görə “Baxmutun açarı” adlanır. Kənd Baxmutdan cəmi yeddi kilometr cənubda yerləşir.