Ermənilər Qarabağdan meyitləri yığır - Daha 8 cəsəd tapıldı

Ermənilər Qarabağdan meyitləri yığır - Daha 8 cəsəd tapıldı
Dünya
Oxunma sayı: 15 779
Sentyabrın 25-də Qarabağın müxtəlif istiqamətlərində həyata keçirilən axtarış tədbirləri nəticəsində xeyli meyit tapılıb.
Modern.az-ın məlumatına görə, Qarabağ ermənilərinə Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində məhv edilən terrorçuların cəsədlərinin axtarışına şərait yaradılıb.
Dünən keçmiş Əsgəran rayonu ərazisindən 3 meyit tapılıb.
Keçmiş Ağdərə rayonu kəndi ərazisindən isə 2 meyit və 2 sağ mülki şəxs tapılıb.
Xankəndinin Kərkicahan qəsəbəsində də 1 mülki şəxs sağ aşkar edilib.
Azərbaycan tərəfi Qarabağın müxtəlif istiqamətlərində tapılan 5 cəsəd və 5 nəfəri sağ-salamat Ermənistan tərəfinə təhvil verib.
Dünənki axtarışlar nəticəsində ümumilikdə 8 cəsəd və sağ tapılan 10 nəfər təxliyə edilib.
Azərbaycan Ordusu 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə Qarabağ separatçılarını təslim olmağa məcbur etdi. Ordumuz qarşısında cəmi 24 saat duruş gətirə bilən erməni terrorçuları sonda ağ bayraq qaldırmalı oldular.
Bu döyüşlərdə düşmənin həm canlı qüvvəsi məhv edildi, həm silah-sursatı ələ keçirildi, həm də mövqeləri darmadağın olundu. Bir sözlə, illərdir Azərbaycana meydan oxuyan separatçı-terrorçu tör-töküntüləri çox sarsıdıcı zərbə aldılar.
Antiterror tədbirlərinin dayandırılmasından bir neçə gün keçməsinə baxmayaraq, düşmən hələ də məhv edilən və yaralanan separatçı-terrorçuların sayını dəqiqləşdirə bilmir.