Ermənistanda USAİD rəhbərinə qarşı kobudluq

Ermənistanda USAİD rəhbərinə qarşı kobudluq
Dünya
Oxunma sayı: 11 849
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistanda səfərdə olarkən kobudluqla üzləşib. 
Qarabağın erməni sakinlərinin hansı şəraitdə qəbul edildiyini görmək üçün Ermənistana səfər edən ABŞ rəsmisi fitə basılıb. Pauer etirazçıların təzyiqi ilə üzləşib.
"Azərbaycana qarşı sanksiyalar tətbiq et, ya da öz ölkənə get. Onsuz da ermənilər vecinə deyil, yalan danışmağı dayandır!" – deyə etirazçılar qışqırıblar.