Sabiq prezident sürgündən qayıtdı

Sabiq prezident sürgündən qayıtdı
Dünya
Oxunma sayı: 132
Bir il əvvəl çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan keçmiş Boliviya prezidenti Evo Moralesin sürgün həyatı başa çatıb.
Yenisabah.az xəbər verir ki, aralarında yerli sakinlərin də olduğu minlərlə şəxs Moralesin qarşılamaq üçün ölkənin cənub sərhədindəki Villazon şəhərində küçəyə çıxıb.
Morales məsələ ilə bağlı sosial şəbəkədə açıqlama verərək çox xoşbəxt olduğunu vurğulayıb:
"Bu gün həyatımın ən önəmli günlərindən biridir. Çox sevdiyim ölkəmə geri qayıtdığım üçün xoşbəxtəm".