HHM bölmələrinin məşqləri başlayıb - VİDEO - FOTO

HHM bölmələrinin məşqləri başlayıb - VİDEO - FOTO
Hərbi
Oxunma sayı: 389
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava hücumundan müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.
Məşqlərdə döyüş heyətləri "İldırım" ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.