Mərkəzi Afrika Respublikasının Nana-Mambere vilayətində “Wagner” qrupuna aid avtomobilin idarəetmədən çıxması nəticəsində 8 rus muzdlu hərbçisi həlak olub. Yerli mənbələr avtomobilin dərəyə aşdığını yazır. Hadisənin hansı şəraitdə baş verdiyi dəqiq məlum deyil. Qeyd edək ki, rus muzdlu döyüşçülər Mərkəzi Afrika Respubliksında prezident Faustin-Arşanj Touderanın təhlükəsizliyini təmin edir. “Wagner” qrupu həmçinin ölkədəki bütün almaz və qızıl mədənələrini nəzarətdə saxlayır.