Bakıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Bakıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
Kriminal
Oxunma sayı: 96
Bakıda oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X. Səlimova məxsus avtomobildən 4 000 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş V. Babayev saxlanılıb.
Bundan başqa, oğurluq etdiyinə görə tutulan E. Həmidovun və F. Müzəffərovun ətrafında Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi tərəfindən aparılan əməliyyatlarla onların mayın 12-də rayon ərazisindəki evlərin birindən 4 980 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən edilib.