Quba yolunda ağır qəza: Yaralananlar var

Quba yolunda ağır qəza: Yaralananlar var
Kriminal
Oxunma sayı: 104
Qubada ağır yol qəzası baş verib. 
Oxu.Az-ın məlumatına görə, yol nəqliyyat hadisəsi Qubanın İqriq kəndinin ərazisindən keçən avtomobil yolunda baş verib. 
İlkin məlumata görə, VAZ-2106 markalı 27-BA-227 dövlət nömrə nişanlı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.