Bakıda restoranda partlayış: Yaralılar var

Bakıda restoranda partlayış: Yaralılar var
Kriminal
Oxunma sayı: 18
Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı verdiyi xəbərə görə, partlayış nəticəsində dördnəfər (restoran işçisi) yanıq xəsarətləri alıb. Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.