Tovuzda itkin düşən aşığın meyiti tapıldı

Tovuzda itkin düşən aşığın meyiti tapıldı
Kriminal
Oxunma sayı: 114
Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
APA-nın məlumatına görə, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndindən keçən çayda aşkarlanıb.
 
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib.
Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.