Biləsuvarda QƏZA: Avtomobil iki məktəblini vurdu

Biləsuvarda QƏZA: Avtomobil iki məktəblini vurdu
Kriminal
Oxunma sayı: 6 975
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
 
"Report”un məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində baş verib.
Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və onun həmyaşıdı Qəhrəmanov Coşqun Ələddin oğlunu VAZ-2107 markalı minik avtomobili vurub.
Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.