Qazaxda yol qəzası olub, xəsarət alanlar var

Qazaxda yol qəzası olub, xəsarət alanlar var
Kriminal
Oxunma sayı: 16 505
Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlardan biri Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Bahar Şakir qızı Əfəndiyevdir. Yarılılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.