Qəbələdə iki avtomobil toqquşub - ölənlər və yaralananlar var

Qəbələdə iki avtomobil toqquşub - ölənlər və yaralananlar var
Kriminal
Oxunma sayı: 9 901
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Məlumata görə, qəzada ölənlər qohumdurlar.
Faktla bağlı araşdırma aparılır.