Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “”Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.