Bakı sakini 3 kq heroinlə tutuldu

Bakı sakini 3 kq heroinlə tutuldu
Kriminal
Oxunma sayı: 19 003
Bakı sakini narkotiklə saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Əhmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 3 kiloqram 34 qram heroin götürülüb.