Tərtərdə itkin düşdüyü iddia edilən 21 yaşlı qız tapıldı

Tərtərdə itkin düşdüyü iddia edilən 21 yaşlı qız tapıldı
Kriminal
Oxunma sayı: 17 791
Tərtərdə naməlum şəxslər tərəfindən nömrəsiz avtomobil ilə qaçırıldığı iddia edilən 21 yaşlı qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən intensiv tədbirlərlə qaçırıldığı iddia olunan 21 yaşlı qızın yeri müəyyənləşdirilərək Polis Şöbəsinə dəvət edilib:

"Araşdırma zamanı ona hər hansı bir zor tətbiq edilmədiyi və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi məlum olub. Valdeynləri ilə görüşdürülüb və o bu barədə öz ailə üzvlərini də məlumatlandırıb”.

Qeyd edək ki, bir neçə gün öncə qızın dörd nəfər tərəfindən zorla nömrəsiz avtomobilə qoyularaq, anasının yanından qaçırıldığı barədə mətbuatda məlumat dərc edilmişdi.