Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
Kriminal
Oxunma sayı: 9 589
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Yolu keçmək istəyən 1970-cı il təvəllüdlü Rövşən Allahverdiyevi "Mercedes" markalı avtomobil vurub. 52 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.