Gəncədə 40 yaşlı qadın siçan dərmanı içərək ölüb. Hadisə Məhsəti qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1982-ci il təvəllüdlü K. Əliyeva yaşadığı evdə siçan dərmanı içərək özünə qəsd edib. 42 yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.