Qülləyə çıxıb intihar etmək istədi

Qülləyə çıxıb intihar etmək istədi
Kriminal
Oxunma sayı: 6 785
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.