“Shacman”la “Nissan” toqquşdu: Ölən və yaralanan var

“Shacman”la “Nissan” toqquşdu: Ölən və yaralanan var
Kriminal
Oxunma sayı: 8 778
Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Şahnəzərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə “Nissan” markalı avtomobildə olan sərnişin, Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.