Naxçıvanda yol qəzası - Bir nəfər yaralandı

Naxçıvanda yol qəzası - Bir nəfər yaralandı
Kriminal
Oxunma sayı: 6 478
Naxçıvan Muxtar Respublikasının Culfa şəhərinin girişində yol-nəqliyyat hadisəsi baş verib
“Mitsubishi” markalı 72-BB-966 dövlət nömrə nişanlı avtomobil ötmə əməliyyatını yanlış yerinə yetirdiyi üçün qəza törədib. Nəqliyyat vasitəsi Naxçıvan şəhəri istiqamətində hərəkət edən 68-BX-144 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə “Ravon” markalı avtomobil dərəyə yuvarlanıb.
Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Yüngül xəsarətlər alan “Mitsubishi”nin sürücüsü Əsgərli İbrahim Fəxri oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
  • Naxçıvanda yol qəzası - Bir nəfər yaralandı (FOTOLAR)
  • Naxçıvanda yol qəzası - Bir nəfər yaralandı (FOTOLAR)
  • Naxçıvanda yol qəzası - Bir nəfər yaralandı (FOTOLAR)