Azərbaycanda DƏHŞƏT: Yolda uzanan kişini öldürüb qaçdı

Azərbaycanda DƏHŞƏT: Yolda uzanan kişini öldürüb qaçdı
Kriminal
Oxunma sayı: 11 015
İmişlidə maşın asfaltda uzanan kişinin üzərindən keçib. 
Lent.az-ın məlumatına görə, hadisə rayonun Sarıxanlı kəndində qeydə alınıb.
67 yaşlı Ziyadxan Həsənbala oğlu Murtuzayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə İmişli rayonu Boşçallar kənd sakini, 50 yaşlı Fərman Qəhrəman oğlunu Xasayev vuraq öldürüb.
Məlumata görə, Fərman Xasayev yolun asfalt örtüyü üzərində uzanmış vəziyyətdə olub. Sürücü avtomobili hadisə yerində saxlayaraq qaçıb. Polis əməkdaşları həmin sürücünü yaxalayıb və cinayət işi başlanılıb.