Üzərinə manqal aşan 4 yaşlı uşaq öldü

Üzərinə manqal aşan 4 yaşlı uşaq öldü
Kriminal
Oxunma sayı: 1 474
Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
2019-cu il təvəllüdlü Rəhim Səfərov mayın 25-də ailə üzvlərinin yanında yaşadığı evin həyətində olan manqalın üstünə çıxıb tut dərmək istəyərkən manqalın onun üstünə aşması nəticəsində xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.
Faktla bağlı araşdırma aparılır.