Qaxda polis qəza törətdi - Ölən var

Qaxda polis qəza törətdi - Ölən var
Kriminal
Oxunma sayı: 1 652
Qaxda ölümlə nəticələnən qəza baş verib.
Hadisə ötən gün gecə saatlarında Qax-İlisu avtomobil yolunun, İlisu kəndi ərazisindən keçən hissəsində baş verib. Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə 1995-ci il təvəllüdlü, rayon sakini Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və “VAZ-2106”dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.
Qeyd edək ki, Faiq Məmmədov polis əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.