Sumqayıtda FACİƏ: fəhlə 9-cu mərtəbədən yıxılıb öldü
Kriminal
Oxunma sayı: 9 700
Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb. Hadisə 6-cı mikrorayon ərazisində baş verib. Şəhər sakini 45 yaşlı Taleh Saleh oğlu Həmidov səhər saatlarında işlədiyi tikintidə 9-cu mərtəbədən yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.