“İnvestAz” Şirkətinin Rəhbərinə Türkiyədə Niyə Cinayət Işi Açılıb?

“İnvestAz” Şirkətinin Rəhbərinə Türkiyədə Niyə Cinayət Işi Açılıb?
Manşet / Köşə yazarları
Oxunma sayı: 34
Son aylar Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkəti İnvestAz-la bağlı mətbuatda müxtəlif məlumatlar yayımlanır. Yayılan məlumatlara baxmayaraq İnvestAz şirkəti məəslə ilə bağlı hər hansı bir açıqlama vermir.Redaksiyamıza daxil olan bir məlumatda İnvestAz şirkətinə Türkiyədə cinayət işi açıldığı iddia edilir. Məlumata görə keçən il İnvestAz şirkətinin rəhbəri Elşən Quliyevə Türkiyədə şirkətlərə nəzarət edən dövlət qurumu olan Sərmaye Piyasası Kurumu tərəfindən cinayət işi açılıb. Daha doğrusu Sərmaye Piyasası Kurumu İnvestAz şirkətinin rəhbərliyinə cinayət işi açılması üçün hüquq mühafizə orqanları qarşısında vəsatət qaldırıb.
Qeyd edək ki, keçən il Türkiyə və Azərbaycan mətbuatında İnvesAz şirkətinin rəhbəri Elşən Quliyevə cinayət işinin açılması ilə bağlı məlumatlar yayılmışdı. Daha sonra İnvestAz şirkəti məlumatın yalan olması barədə açıqlama yaydı.
Daxil olan məlumatda isə bildirilir ki, əslində İnvestAz şirkətinin rəhbərliyinə cinayət işi açılması xəbəri həqiqət olub. Sadəcə Elşən Quliyev və digər ortaqları nələrinsə qarşılığında Türkiyə və Azərbaycan mətbuatında yayılan xəbərin böyük bir hissəsini sildirməyə nail oldular. Ancaq Türkiyədə dövlətin adından özəl şirkətlərə nəzarət edən ciddi bir qurum kimi tanınan Sərmaye Piyasası Kurumunun İnvestAz şirkətinə və onun rəhbərliyinə qarşı cinayət işinin açılması üçün şikayət etməsi isə ondan xəbər verir ki, adı çəkilən şirkətin fəaliyyətinə yaxın aylarda qardaş ölkədə qadağan qoyula bilər. Bunun əsas səbəblərindən biri isə İnvestAz şirkətinin adının gizlin maliyyə maxinasiyalarında hallanmasıdır.
Qeyd edək ki, İnvestAz şirkətinə cinayət işi açılması üçün müraciət edilməsi məsələsi ilə bağlı Sərmaye Piyasası Kurumu ilə əlaqə yaratdıq və qurumdan məlumatı təsdiqlədilər. Həmçinin XəbərAl.az saytı İnvestAz şirkətinin rəhbərliyinə hansı səbəbdən cinayət işi açılması ilə bağlı Sərmaye Piyasası Kurumuna sorğu ünvanlayıb. Sərmaye Piyasası Kurumundan bildiridlər ki, yaxın günlərdə İnvestAz şirkəti ilə bağlı göndərilən sorğuya cavab veriləcək.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.